https://www.zirve.edu.az/
22.04.2018 11:37
Bu tələbə klubunun üzvləri heç bir sirr aça bilməzlər- Prezidentin də üzv olduğu gizli məkan

Bütün ölkələrdə olduğu kimi Amerikanın təhsil sistemində də özünəməxsus fərqliliklər mövcuddur.

AzEdu.az xarici KİV-ə istinadən, Amerika Universitetləri haqqında maraqlı məlumatları təqdim edir:

ABŞ-da 93 milyon insan (təxminən hər yeddi amerikalıdan ikisi) yalnız qəzet oxumaq üçün kifayət edəcək oxu bacarıqlarına sahibdir. Onlar, sözlərin 65 faizini düzgün yaza bilmirlər. Bu çatışmazlığın ABŞ iqtisadiyyatına vurduğu zərər ildə 200 milyard dollardır;

Amerikada oxuma-yazma bilməyən insanların təhsilinə xərclənən hər bir dollar, xərclərin azaldılması və gəlirlərin artması səbəbi ilə büdcəyə il ərzində 7,14 dollar xalis gəlir gətirir;

ABŞ-da ən yaxşı təhsil verən universitet Princeton Universitetidir. Hətta Harvard belə ikinci yerdədir. Yale Universiteti 10-cu sırada olsa da, ABŞ prezidentləri və prezidentliyə namizədlərin əksəriyyəti bu universitetin məzunudur;

Birləşmiş Ştatlardakı universitetlərin, demək olar, hər birində tələbə klubları fəaliyyət göstərir. Əlbəttə, bu klublar universitetlərin icazəsi - qanuni əsaslarla təşkil edilir. Lakin Yale Universitetinin "Skull və Bones" adlanan tələbə klubu, 1832-ci ildə yarandığı gündən bəri gizli saxlanılan yeganə klubdur. Klub üzvlərinin heç biri məkan haqqında bir sirri belə aça bilməzlər. Amerikanın sabiq prezidenti Corc Buş da bu klubun üzvüdür;

30 il əvvəl ABŞ orta məktəb diplomu, keyfiyyəti və sayı baxımından dünya birincisi olub. Bu gün isə geriləyərək 36-cı yerdə qərarlaşıb.