Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-16 12:40:46
Müəllimlərə xüsusi robot dərsləri keçiriləcək

Türkiyənin Samsun şəhərind baş tutan “Kodlaşdırma layihəsi”  çərçivəsində müəllimlərə robot və kodlaşdırma dərsləri keçirilir.

AzEDU.az  Türkiyə mediasına istinadən xəbər verir ki, 36 müəllimin iştirak edəcəyi layihə 16 gün davam edəcək. Bu proqramı başa vuran müəllimlər biliklərini gələcəkdə öz həmkarlarına da ötürəcəklər.

Layihənin əsas məqsədi yeni tədris metodlarını öyrətmək və müəllim peşəsini inkişaf etdirməkdir. Samsun rayonun təhsil müdiri Coşkun Esen gələcəkdə robot kodlaşdırma kursu açacaqlarını qeyd edib:

“Texnologiya ilə yaxından maraqlanan şagirdlərə kodlaşdırmanı, yeni texnologiyaları öyrədirik. Onların yalnız hazır proqramlardan istifadə etməməsi, həm də yeni proqramlar istehsal edərək sata bilməsinə çalışırıq. Layihənin tamamında isə “robot və kodlaşdırma emalatxanası” açmağı düşünürük. Burada məktəblilərə 3D dizayn, alqoritmləşdirmə, kodlaşdırma və s. öyrədiləcək. Amma bunlardan öncə müəllimlərimizə bu mövzuda təlimlər keçirilməlidir. Kodlaşdırma dərsi 5 və 6-cı siniflərdə məcburi, 7-8-ci siniflərdə isə seçmə fənn kimi tədris olunacaq”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları