Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-01 09:58:00
Magistratura imtahanları üçün 1574 nəfər ərizəsini təsdiqlədib  

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi davam edir.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu dəqiqələrə əsasən, ümumilikdə 1574 nəfər ərizəsini təsdiqləyib.

Bu say Azərbaycan bölməsi üzrə 1428, rus bölməsi üzrə isə 146 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, II mərhələ üzrə ərizələrin qəbulu aprelin 26-dan mayın 7-nə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları