https://www.zirve.edu.az/
16.04.2018 05:31
Cəlilabadda Orta əsrlərə aid olduğu ehtimal edilən kurqan aşkarlanıb - FOTOLAR

Cəlilabad rayonunda Orta əsrlərə aid kurqan aşkar edilib.

AzEDU..az “Report”a istinadən xəbər verir ki, rayonun Şıxlar kəndində bayraq dirəyi basdırılması üçün qazıntı işləri aparılarkən təpəcik ərazidən insan sümüklərinin qalıqları tapılıb.

Mütəxəssislərin fikrincə, ərazidəki qəbirin xüsusi ölçülü qırmızı kərpic parçaları ilə əhatə olunması buranın qədim kurqan olduğunu deməyə əsas verir.

Kənddəki kiçik təpəcik ərazi uzun müddətdən bəri tarixçilərin diqqətini cəlb etsə də, burada indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb.Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə, burada qazıntı işləri aparılarsa kurqan abidəsi ilə bağlı daha müfəssəl məlumatlar əldə etmək olar.

Tarixi mənbələrdən məlumdur ki, bu kimi qəbir abidələri yüksək nüfuza malik olan şəxslər üçün ucaldılırmış. Artıq tapıntı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutuna məlumat verilib.

1ad532a6-d42c-40d6-834e-e184276fa2ca.jpg

f2190b0c-f267-4c57-846e-82213aea1db8.jpg

bc0745ed-467d-4c09-9c7e-ec61f63c2762.jpg

01835476-dbd5-435b-a58f-6d1f8c3b44a7.jpg

795e34a4-0ea1-4025-bc08-08cda1d00c08.jpg

473f9fa8-fac4-4571-a8ad-5eca5e167a46.jpg

191d3f99-b8a2-41fc-9fa7-673460d7b939.jpg

76a62090-bded-4d96-a0b6-a3bbef3c1f24.jpg

8c6449cb-9160-4696-b79b-e74d01d09e50.jpg