![](https://azedu.az/uploads/news/2018/04/15237007431024444203_1000x669.jpg)
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə bu quruma yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub.
Vəkillərin İxtisas Komissiyasından AZƏRTAC-a bildiriblər ki, bu Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyasının üzvü olmaq istəyən şəxslərin sənədlərinin qəbuluna aprelin 16-dan başlanacaq.
Bundan sonra vəkil olmaq istəyən şəxslərin sənədlərinin qəbulu daimi əsaslarla həyata keçiriləcək.
İxtisas imtahanlarında iştirak etmək arzusunda olan şəxslər Sənəd Qəbulu Komissiyasına təqdim olunmalı sənədlərin siyahısını, o cümlədən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş ərizənin nümunəsi və formasını, tərcümeyi hal və kadrların şəxsi məlumat vərəqəsinin formasını və əqli cəhətdən sağlamlıq barədə tibbi arayışın nümunəsini Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasına gəlmədən qurumun rəsmi veb-səhifəsindən (http://barassociation.az/recruitment#docs) əldə edə bilərlər.
Vəkillər Kollegiyası vəkil olmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə (http://barassociation.az/recruitment#reqs) cavab verən şəxsləri müvafiq sənədlərini Sənəd Qəbulu Komissiyasına təqdim edərək ixtisas imtahanlarında iştirak üçün dəvət edir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)