![](https://azedu.az/uploads/news/2018/04/elmi_kitabxana.jpg)
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tərcüməçi, naşir Ağa Həsən Mirzəzadənin topladığı “Milli nəğmələr” kitabı saxlanılır. Kitab 1919-cu ildə Bakıda İran Elektrik mətbəəsində çap olunub.
Kitabda A.Səhhət, M.Ə.Sabir, M.Hadi, H.B.Zərdabi və digər ədiblərin şeirləri yer alıb. Onların içərisində sözlərini istiqlal şairi Əhməd Cavadın yazdığı Azərbaycan himni də var. Himnin sözləri kitabda “Vətən marşı” və "CAMO bəy" (Cavad Axundzadə Məhəmmədəli Oğlu) imzası ilə verilib.
Azərbaycan dövlət himninin mətn müəllifi ilə bağlı fərqli fikirlər mövcuddur. Alimlər arasında müzakirə doğuran məsələyə müxtəlif yanaşmalar var. Bu kitabın mövcudluğu – himnin mətn müəllifinin Əhməd Cavad olması mövqeyindən çıxış edənlərin fikrini təsdiq edir.
Ərəb qrafikalı əlifba ilə yazılmış kitab Mərkəzi Elmi Kitabxananın Şərq ədəbiyyatı fondunda mühafizə olunur. Kitab MEK-in elektron kataloquna salınıb və rəqəmsallaşdırılaraq Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)