https://www.zirve.edu.az/
11.04.2018 08:14
Dünyada 10 ildən sonra 17 milyon müəllimə ehtiyac olacaq

UNESCO hesabatlarına əsasən, 2030-ci ilə qədər dünya üzrə ümumtəhsil məktəblərində, təxminən, 69 milyon müəllimə ehtiyac olacaq.

Təşkilat, təaqüdçülərin, əlavə müəllim ehtiyacının və qaçqın uşaqların sayının artması səbəbi ilə gələcək 14 il müddətində ibtidai təhsil üçün təxminən 24 milyon 400 min, 5-11-ci siniflər üzrə ümumi orta təhsil üçün isə məktəblərdə 44 milyon 400 min yeni müəllimə ehtiyac olacağını açıqlayıb.

UNESCO-nun məlumatlarına görə, ən böyük müəllim çatışmazlığı isə Afrika ölkələrində yaşanacaq. 2030-cu ildə bu bölgədə yerləşən ümumi orta təhsil müəssisələrinə, təxminən, 17 milyon müəllim lazım olacaq.

Müəllimlərin azlıq təşkil etdiyi ikinci böyük region Cənubi Asiya ölkələridir. Bu ölkələrdəki uşaqların 65%-i orta məktəbləri bitirdikdən sonra təhsillərini davam etdirdikləri üçün məktəblərdə böyük nisbətdə ixtisaslı müəllim çatışmazlığı hiss olunacaq.

Nəzrin Cavid

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları