![](https://azedu.az/uploads/news/2018/04/suni_intellekttt.jpg)
Süni intellekt və robot texnikası sahəsində fəaliyyət göstərən 50-dən çox məşhur tədqiqatçı Koreya Qabaqcıl Texnologiyalar İnstitutundan (KAIST) olan həmkarlarını Cənubi Koreya alimlərinin hərbi sistemlər üçün süni intellekt texnologiyalarının yaradılması üzrə layihədə iştirakla əlaqədar boykot ediblər.
AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin himayəsi ilə keçirilməsi növbəti həftəyə nəzərdə tutulan "robot qatillər"in yaradılmasına beynəlxalq məhdudiyyətlərin tətbiqi ilə bağlı müzakirələr ərəfəsində boykotun elan edilməsinə səbəb kimi institutun fevralda Cənubi Koreyanın hərbi texnologiyalarla məşğul olan "Hanwha Systems" şirkəti ilə birgə tədqiqat mərkəzinin yaradılması barədə məlumatı qeyd edilir. Layihə çərçivəsində tərəfdaşlar tərəfindən silah üçün hədəfləri insan iştirakı olmadan məhv etməyə imkan verəcək süni intellekt texnologiyalarının hazırlanması planlaşdırılır.
"KAIST"-in boykot edilməsinin təşəbbüskarı qismində Avstraliyanın Yeni Cənubi Uels Universitetinin professoru Tobi Uolş çıxış edib. Onun sözlərinə görə, avtonom silahların yaradılması üzrə yarış artıq başlayıb, hazırda belə sistemlərin prototiplərini isə bir sıra ölkələr, o cümlədən ABŞ, Çin, Rusiya və Böyük Britaniya hazırlayır. Bununla yanaşı, institutun fəaliyyəti bu yarışmanın sürətləndirilməsinə xidmət edir. "KAIST" ilə əlaqələrin və elmi əməkdaşlığın qadağan edilməsini nəzərdə tutan boykotu bir sıra məşhur süni intellekt tədqiqatçısı dəstəkləyib. Boykot institut nümayəndələri cəmiyyəti onların iştirakı ilə hazırlanan silahların "tam insan nəzarəti" altında olmasına əmin etdikdən sonra dayandırıla bilər.
Lakin "KAIST" prezidenti Sunq-Çxol institutun avtonom silahların hazırlanması ilə məşğul olmasını təkzib edib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)