AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin iclası keçirilib.
AzEdu.az xəbər verir ki, iclasda ilk olaraq, Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsinə baxılıb. Bölmə üzvlərinin təklifləri müzakirə edilib və seçki keçirilib. Səsvermənin nəticələrinə görə akademik Ramiz Məmmədov yenidən Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçilib. Seçkinin nəticəsinin təsdiq üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.