Azedu.az

Lənkərandakı imtahanda 218 bakalavr iştirak edib

Elmi institut və təşkilatlar

24 Fevral 2019, 21:01
Lənkərandakı imtahanda 218 bakalavr iştirak edib

Bu gün Lənkəran şəhərində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi keçirilib. AzEdu.az “Azərtac”a  istinadən xəbər verir ki, qəbul imtahanında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan 218 bakalavr iştirak edib. Saat 13:00-da başlanan imtahan 2 saat 30 dəqiqə davam edib.

 

İmtahanların keçirilməsinə 3 imtahan rəhbəri və 21 nəzarətçi-müəllim cəlb olunub. Qeydiyyatdan keçmiş bakalavrlardan yalnız 1 nəfəri imtahana gəlməyib.

 

İmtahan zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox