Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 12:58:00
İmtahan zamanı uğur qazanmağın yolları - Bu qidalardan istifadə edin!

Düzgün qidalanmaq insana enerji verməklə yanaşı, imtahan zamanı uğurlu olmağımıza da kömək edir. 

Bəs düzgün qidalanmaq üçün günlük hansı yeməklərdən və içkilərdən istifadə etməliyik?

AzEdu.az xarici KİV-lərə isinadən imtahana hazırlaşan şəxslərin düzgün qidalanması üçün lazım olan məhsulları diqqətə çatdırır:

Yaşıl çay

Yaşıl çay beyini qoruyur və insanın yüksək əhval-ruhiyyədə olmasını təmin edir.

Yaşıl çayın içindəki acı maddə, eyni zamanda beyində gedən qocalma prosesinin da qarşısını alır. Bu maddənin beyin hüceyrələrinə  canlandırıcı təsiri var.  Yaşıl çay imtahan müddətində ən çox ehtiyacımız olan və xoşbəxtlik hormonu sayılan dopominin əmələ gəlməsini təmin edir.

Yumurta

“B” vitamininə oxşar madə olan kolin yaddaşın güclənməsinə şərait yaradır. Yumurta sarısı isə ən zəngin və ən asan əldə edilə bilən kolin qaynaqlarından biridir.

Somon balığı

Beyin funksiyalarında canlanma və ruh yüksəkliyi yaradır.

“Omega 3” lə zəngin olan Somon balığı kimi qidalar qəbul etmək  əhval-ruhiyəyə müsbət təsir göstərir. İnkişaf etmiş beyin funksiyaları imtahanda  daha  çox uğur qazanmağınıza şərait yaradır.

Tünd Şokolad

Qara şokolad yüksək təzyiq və kolestrol səviyyələrini aşağı salır.  Qara şokoladın ən faydalı yönlərindən biri tərkibində olan təbii kofeindir. Bu maddə enerjini artırmağa kömək edir. Amma ondan istifadə zaman ehtiyyatlı olmaq lazımır. Əks halda imtahanda bir neçə saat keçirmək belə çətinləşə bilər. Bu səbəbdən qara şokoladı çay və ya kofeylə deyil, tək yemək məsləhət görülür.

Rəna Nəbi