Şamaxının Xınışlı kəndində palçıq vulkanının püskürməsi barədə yayılan məlumatlar düzgün deyil.
Bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.
Onun sözlərinə görə, həmin kənd və onun yaxınlığında vulkan yoxdur:
Qeyd edək ki, Xınıslı kənd sakinləri ərazidə palçıq vulkanın püskürdüyü və palçıq lavasının yaxınlıqdakı taxıl sahəsinə axması barədə məlumat veriblər.