Azedu.az

Nəsiminin “Divan”ı Tarix Muzeyinə hədiyyə edilib

Elmi institut və təşkilatlar

16 Fevral 2019, 11:27
Nəsiminin “Divan”ı Tarix Muzeyinə hədiyyə edilib
 
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Divan”ı hədiyyə edilib.
Muzeydən  verilən məlumata görə, bu müəssisəyə nadir kitablar daxil edilib. Həmin kitablar görkəmli Azərbaycan şərqşünası, tarixçi alim Əjdər Ələsgərzadənin şəxsi arxivindəndir.


Nəşrləri alimin qızı, MATM-ın Numizmatika fondunun müdiri Zümrüd Ələsgərova muzeyə hədiyyə edib. Kitabların içində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin XVI əsrə aid olduğu ehtimal edilən “Divan”ının əlyazma bir nüsxəsi də var. Bu əsər əski əlifbasında və Azərbaycan türkcəsindədir. “Divan” orta əsrlər Azərbaycan sufi-hürufi fəlsəfəsinin tədqiqi baxımından əhəmiyyətlidir. (azvision.az)
SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox