Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 10:36:00
Rezidentura jurnalının 2-ci sayı çapdan çıxdı  

“Rezidentura” jurnalının 2-ci sayı çapdan çıxıb. Jurnalın bu nömrəsində Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elanının tam mətni verilib.

DİM-dən AzEdu.az-a bildirilib ki, jurnalın 2-ci nömrəsində qəbul elanının tam mətni ilə yanaşı, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində dərc edilib.

Jurnalı bu gün saat 14:00-dan etibarən DİM-in aşağıda qeyd edilən ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.