Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-04 08:26:07
“Məktəblərdəki bu təhlükə adamı ümidsizləşdirir” - Aqşin Yenisey

“Türkiyədə təhsilə münasibəti iki mərhələyə bölmək olar: indiki hökumətdən əvvəl və indiki hökumət dönəm. Əvvəlki dönəmdə Türkiyədəki təhsil xüsusilə ABŞ və Almaniya ilə əlaqələr nəticəsində çox dünyəvi və müasir prinsiplərə söykənib və bu gün Türkiyənin istənilən sahəsində çalışan uzmanlar bu dönəmin yetirmələridir”.

Bunu AzEdu.az-a açıqlamasında bir müddət Türkiyədə yaşayan tanınmış şair Aqşin Yenisey deyib. Şair ötən ayın əvvəllərində Bakıya qayıdıb və Türkiyədə apardığı müşahidələri arasında cəmiyyətin təhsilə münasibəti də var:

“50-70 yaş arası professorların, həkimlərin, mühəndislərin mütləq bir Avropa, ABŞ təcrübəsi var. Və elmi bu gün xalqa, gənclərə sevdirənlər də onlardır. Bizim sovetlər dönəmində yetişən məmur-akademik tiplərimizdən demək olar ki, burda yoxdur.

Amma indiki hökumət Qərbdən uzaqlaşmaq yolu tutub və təhsil haqqında konkret bir proqrama sahib deyil. Hər ilə nəsə dəyişdirilir, ayrıca öz siyasi mövqeyi olan elm adamlarına mnasibət də xoş deyil. Odur ki bu gün türk gəncliyi elm arxasınca xarici ölkələrə axışır. Hökumət isə bu axının qarşısını almaq üçün hələ ki, ciddi addımlar atmır”.

Aqşin Yenisey Azərbaycanla Türkiyə təhsilini bu cür müqayisə edir:

“Bizdən fərqli olaraq, burada təhsil çox məhsuldardır, yəni "ürəticidir". Diplom almaq üçün oxuyan yoxdur. Ən təhlükəli məqam budur ki, son dövrlər din məktəblərə, hətta uşaq baxçalarına qədər irəliləyib. 3 yaşlı bağça uşaqları ilahilər oxuyur, dindar kimi yetişdirilir. Bunun sonunu düşünmək belə türk aydınlarını ümidsizliyə düçar edir”.