Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 12:43:00
Müəllim qəbul proqramında Coğrafiyaya aid mühüm dəyişiklərdən danışdı: ”Gözlənilməz olan budur ki...”  

“Qəbul proqramında həm Fiziki, həm də İqtisadi coğrafiya üzrə yeni sahələrə, xüsusən də ikincinin yeni bölmələrinə üstünlük verilib. Gözlənilməz olan isə Azərbaycan və Türk dünyası  coğrafiyasının ümumiləşdirilərək daha qısa əks olunmasıdır.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Coğrafiya müəllimi Tural Topçuyev deyib. Onun sözlərinə görə, Coğrafiya fənni üzrə qəbul proqramında kifayət qədər dəyişikliklər var:

“Əsas yenilik ənənəvidən yeni proqrama keçiddir. Coğrafiyanın bəzi mövzularında dəyişiklik gözlənilən idi. Qəbul proqramında həm Fiziki, həm də İqtisadi coğrafiya üzrə yeni sahələrə, ikincinin yeni bölmələrinə üstünlük verilib. Gözlənilməz olan Azərbaycan və Türk dünyası coğrafiyasının ümumiləşdirilərək daha qısa əks olunmasıdır. Yəni, bu mövzular ənənəvi proqramlarda və dərsliklərdə geniş, ətraflı formada verilmişdi”

Xatırladaq ki, “Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub.

Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, I,II,III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları