Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 12:03:44
“Müəllimlər onları aşağılayan seriala niyə etiraz etmirlər?!”- Tanınmış rejissor

Sosial şəbəkələrdə Xəzər Televiziyanın efirində yayımlanan “İmtahan” serialında müəllim obrazının alçaldılmasıyla bağlı məlumatlar yayılıb. Serialın süjet xətti və bəzi səhnələr kəskin qınaq obyektinə çevrilib.

Məsələ ilə əlaqədar təhsil eksperti Nadir İsrafilov AzEdu.az-a açıqlamasında serialda təkcə müəllimlərin deyil, tələbə həyatının da lağa qoyulduğunu bildirib:

412144535.jpg

“Təhsilimizdə serialda canlandırılan hallar olsa belə, bunun geniş təbliğindən nə qazanırıq?! Biz də gənc və tələbə olmuşuq. Reytinq qazanmağın da bir ölçüsü, mizanı var. Ümumiyyətlə, məktəbin, ailənin illərlə nail olmaq istədikləri dəyərləri bəzi TV kanalları öz cəfəng verilişləri və serialları ilə bir an içində heçnə endirirlər”.

Kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) belə bir serialın varlığından xəbərsiz olduğunu vurğulayıb:

“”İmtahan” serialına baxmasam  da,  peşəkar kino adamı kimi gecə-gündüz Allaha dua edirəm ki, ay Allah, sən bizim bu televiziya məkanımızı eybəcər seriallardan xilas et. Çəkilən bütün seriallara nəzarət olunmalıdır. Televiziyalar reytinq xətrinə bu yolla qazanc əldə edirlərsə, onların yayımı kimə lazımdır?

18f96c92734d.jpg

Ümumilli liderimiz Heydər Əliyev deyib ki, Azərbaycan kinosunun tarixi xalqımızın səlnaməsidir. Biz onu qorumalıyıq. Bəs niyə qorumuruq? Həzrəti peyğəmbərimiz müəllimi müqəddəs şəxsiyyət olaraq dəyərləndirib. Əgər doğrudan da, bu serialda müəllim obrazına xələl gətirəcək kiçik bir səhnə belə varsa, müəllimlər buna niyə etiraz etmirlər? Bəziləri Kino-televiziya adıyla Azərbaycan xalqını rüsvay etməklə məşğuldurlar. Alçaldılmayan bir müəllim qalmışdı ki, onu da etdilər”.

Qeyd edək ki, serial tələbə həyatından bəhs edir və müəllim tələbə arasında sevgi serialın əsas süjet xəttidir.

Nəzrin Rüstəmova