Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-01 15:17:00
Baba Vəziroğlu "Edubrifinqdə" - Məktəb və universitet sərgüşəstləri, təhsil problemləri - ANONS

AzEdu.az-ın hər həftə təşkil olanan “Edubrifinq”ində müxtəlif qonaqlar iştirak edir.

Azərbaycan Təhsil Portalının budəfəki qonağı əməkdar incəsənət xadimi, şair, nasir, Baba Vəziroğludur.

Brifinq çərçivəsində Baba Vəziroğlu məktəb və tələbəlik illəri barədə danışacaq və ona ünvanlanan sualları cavablandıracaq.

“Edubrifinq” bu gün, saat 16:00-da AzEdu.az-ın rəsmi feysbuk səhifəsi vasitəsilə canlı yayımlanacaq.

Baba Vəziroğluna ünvanlamaq istədiyiniz sualları AzEdu.az-ın rəsmi feysbuk səhifəsinə yaza bilərsiniz.

Xatırladaq ki, Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub.

Mindən artıq şeirinə mahnı bəstələnib. “Həsən Seyidbəyli”, “Yeri boş qalan adam” (Rəşid Behbudov), “Sənsiz və ya ömrün son axşamı” (Həsən Turabov), “Haradan başlanır vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş nəğməlik ömür” (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir