Azedu.az

Dövlət məktəblərində ən çox bu fənlərin müəllimləri çalışır - SİYAHI

Müəllimlər və elm adamları

28 Avqust 2026, 15:18
Dövlət məktəblərində ən çox bu fənlərin müəllimləri çalışır - SİYAHI

Dövlət ümumi təhsil müəssisələrində əsas ixtisaslar üzrə çalışan müəllimlərin sayı və onların təhsil səviyyəsinə görə bölgüsü açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.

Belə ki, 2025-ci il oktyabrın 1-i vəziyyətinə olan rəsmi statistikaya əsasən, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələri istisna olmaqla, dövlət ümumi təhsil müəssisələrində ən çox müəllim ana dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə fəaliyyət göstərir. Belə ki, ana dili və ədəbiyyat müəllimlərinin sayı 14 791 nəfərdir. Onların 98,4 faizi ali, 1,6 faizi isə orta ixtisas təhsilinə malikdir.

Riyaziyyat fənni üzrə 12 981 müəllim çalışır. Bu müəllimlərin 99,6 faizi ali, 0,4 faizi orta ixtisas təhsillidir.
İngilis dili üzrə isə 12 771 müəllim fəaliyyət göstərir. Onların 80 faizi ali, 20 faizi orta ixtisas təhsili alıb.

Digər əsas fənlər üzrə göstəricilər belədir:

Tarix- 8518 müəllim; 99,6%-i ali, 0,4%-i orta ixtisas təhsillidir;

Fizika- 6126 müəllim; onların 100%-i ali təhsillidir;

İnformatika- 6122 müəllim; 87,2%-i ali, 12,7%-i orta ixtisas təhsillidir;

Biologiya- 5865 müəllim; 99,9%-i ali, 0,1%-i orta ixtisas təhsillidir;

Coğrafiya-  5759 müəllim; 99,9%-i ali, 0,1%-i orta ixtisas təhsillidir;

Kimya- 4730 müəllim; 99,9%-i ali təhsillidir.

Rus və gürcü dili üzrə neçə müəllim var?

Statistikada dil ixtisasları üzrə müəllimlərin sayı da əksini tapıb.Rus dilində dərslər keçirilən məktəb və siniflərdə 942 rus dili və ədəbiyyatı müəllimi çalışır. Onların 99,3 faizi ali, 0,6 faizi orta ixtisas təhsillidir.

Rus dilində dərslərin keçirilmədiyi məktəb və siniflərdə isə 4 325 rus dili və ədəbiyyatı müəllimi fəaliyyət göstərir. Bu müəllimlərin 99,2 faizi ali, 0,8 faizi orta ixtisas təhsillidir. Gürcü dili və ədəbiyyatı üzrə çalışan müəllimlərin sayı 339 nəfərdir. Onların 99,1 faizi ali, 0,9 faizi orta ixtisas təhsilinə malikdir.Digər xarici dillər üzrə isə 986 müəllim çalışır. Bu kateqoriyada müəllimlərin 97,3 faizi ali, 2,6 faizi orta ixtisas təhsillidir.

Fizika müəllimlərinin hamısı ali təhsillidir

Statistik göstəricilərdən görünür ki, təqdim olunan əsas ixtisaslar arasında ali təhsilli müəllimlərin payının ən yüksək olduğu fənlərdən biri fizikadır. Belə ki, fizika fənnini tədris edən 6 126 müəllimin hamısı ali təhsillidir.
Biologiya, coğrafiya və kimya üzrə də ali təhsilli müəllimlərin payı 99,9 faiz təşkil edir. Riyaziyyat və tarix müəllimlərinin isə 99,6 faizi ali təhsillidir.

Ali təhsilli müəllimlərin payının nisbətən aşağı olduğu əsas fənlər isə ingilis dili və informatikadır. İngilis dili müəllimlərinin 80 faizi, informatika müəllimlərinin isə 87,2 faizi ali təhsillidir.Beləliklə, statistikaya əsasən, dövlət ümumi təhsil müəssisələrində ən böyük müəllim kontingenti ana dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə formalaşıb.

Ukraynadan Rusiyaya ağır zərbə - Strateji yer partladıldı
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox