Artıq diplomlar məzunlara elektron formatda təqdim olunur.
Lakin bəzi universitetlərdə ödəniş qarşılığında diplomların ənənəvi, kağız formada da verilə biləcəyi ilə bağlı iddialar səslənir.
Maraqlıdır, bu iddialar nə qədər əsaslıdır?
AzEdu.az mövzu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, diplomların yalnız elektron formatda verilməsi nəzərdə tutulur və ödəniş müqabilində kağız diplomların verilməsi nəzərdə tutulmur.
Həmçinin bu kimi hallar və ya şikayətlər olduğu təqdirdə, vətəndaşlara sübutlar və ərizə ilə birlikdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət etmələri tövsiyə olunur.