https://www.zirve.edu.az/
30.01.2019 14:14
Sınaq imtahanına qeydiyyat davam edir

Fevralın 10-da 2019-cu ilin qəbul imtahanı modelinə uyğun, yeni təhsil proqramları üzrə sınaq imtahanı keçiriləcək.

İmtahanına qeydiyyatın 4 fevralda bitməsinə baxmayaraq, qeydiyyatdan keçənlərin sayı durmadan artır.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, daha 2 məktəbdə  Azərbaycan bölməsi üzrə boş oturacaqların sayı bitib.

Sumqayıt şəhəri 16 №-li tam orta məktəb və Abşeron rayonu Xırdalan şəhər 1 №-li tam orta məktəbdə imtahanda iştirak etmək üçün ayrılan boş yerlərin sayı tamamilə tükənib.

Qeyd edək ki, sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları