Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-30 13:29:00
Dövlət qulluğu üzrə müsahibə davam edir: 52 nəfər vəzifəyə uyğun bilindi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 27-də elan olunmuş 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə davam edir.

DİM-dən AzEdu.az-a bildiriblər ki, müsahibədə iştirak üçün 200 nəfər müraciət edib. Yanvarın 30-na olan məlumata görə, müsahibədə iştirak edənlərdən 52 nəfər vəzifəyə uyğun bilinib. Uğur qazananların 38-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, 4-ü Dövlət Turizm Agentliyini, 4-ü Maliyyə Nazirliyini, 3-ü Energetika Nazirliyini, 2-si Ali Attestasiya Komissiyasıni, 1-i isə Sumqayıt Apellyasiya Məhkəməsini seçib.

Müsahibə yanvarın 31-də yekunlaşacaq.

Xatırladaq ki, müsahibəyə mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 65 vakant vəzifə çıxarılıb.