Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-30 13:14:00
Dövlət qulluğu sahəsində fəaliyyət elektronlaşdırılacaq  

Dövlət qulluğu sahəsində fəaliyyətin elektronlaşdırılmasına dair təkliflər hazırlanacaq.

AzEdu.az xəbər verir ki, təkliflər “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” çərçivəsində hazırlanacaq. Məqsəd dövlət orqanlarının göstərdiyi xidmətlərdən internet vasitəsilə istifadənin, kağız sənəd dövriyyəsinin azaldılmasının, şəxsi işlərin vahid yanaşma əsasında elektron formada aparılmasının təmin edilməsidir.

Strategiyada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət İmtahan Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən olunub.

Xatırladaq ki, Strategiya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.