Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının professoru Sabit Eyyub oğlu Məmmədov vəfat edib.
AzEdu.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən dildirilib.
Sabit Məmmədov 28 oktyabr 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-ci ildə Qazax rayonunun 3№-li orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsini bitirib. 1973-1975-ci illərdə Zaqatala şəhərində orta məktəbdə kimya müəllimi, 1978-1981-ci illərdə Neft kimya prosesləri institutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. 1981-ci ildə Kimya elmləri namizədi elmi dərəcəsi alıb. 1981-1990-cı illərdə Bakı Dövlət Universiteti Elmi-Tədqiqat hissəsində baş elmi işçi, 1990-1998-ci illərdə Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Neft kimyası və kimya texnologiyası” kafedrasında müəllim olub,1996-cı ildə Kimya elmləri doktoru elmi dərəcəsi almışdır. 1998-2008-ci illərdə Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Neft kimyası və kimya texnologiyası” kafedrasının professoru olub, 2008-ci ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Fiziki və kolloid kimya“ kafedrasının professoru olub.
2009-cu ildə “Tərəqqi” medalı, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
O, respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən çox elmi əsərlərin müəllifi, o cümlədən 15 kitabın həmmüəllifi idi.
Allah rəhmət eləsin.