Azedu.az

ABŞ-də doğulan hər uşaq artıq vətəndaş olmayacaq

Maraqlı

7 Avqust 2026, 11:29
ABŞ-də doğulan hər uşaq artıq vətəndaş olmayacaq

ABŞ Prezidenti Donald Tramp doğumla vətəndaşlıq hüququnun məhdudlaşdırılmasına yönəlmiş iki yeni icra sərəncamı imzalayıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni qərarlar ABŞ-də doğulan bəzi əcnəbi uşaqların avtomatik vətəndaşlıq əldə etməsini məhdudlaşdırmağı, həmçinin "doğum turizmi" adlandırılan halların qarşısını almağı hədəfləyir.

Sərəncamlara əsasən, xarici dövlət qurumlarının müəyyən əməkdaşlarının, diplomatların və administrasiyanın "xarici düşmən" kimi qiymətləndirdiyi şəxslərin ABŞ-də doğulan uşaqlarına avtomatik vətəndaşlıq verilməyəcək. Bundan başqa, doğum məqsədilə ABŞ-yə səfərlərin qarşısını almaq üçün viza qaydalarının da sərtləşdirilməsi nəzərdə tutulur. 

Tramp administrasiyası bildirir ki, bu addımlar ABŞ Konstitusiyasının 14-cü düzəlişində nəzərdə tutulan istisnalara əsaslanır və əvvəlki qərarlardan daha məhdud çərçivəni əhatə edir. 

Bununla yanaşı, hüquqşünaslar və vətəndaş hüquqları müdafiəçiləri yeni sərəncamların da məhkəmələrdə mübahisələndiriləcəyini bildirirlər. Xatırladaq ki, ABŞ Ali Məhkəməsi bu ilin iyun ayında Trampın doğumla vətəndaşlıq hüququnu geniş şəkildə məhdudlaşdırmağa yönəlmiş əvvəlki sərəncamını Konstitusiyaya zidd hesab etmişdi. 

Türkiyə hərəkətə keçdi - Qırıcılarını Rusiyaya görə havaya qaldırdı
Son xəbərlərDaha çox