Azedu.az

UNESCO-dan məktəblərlə bağlı yeni təşəbbüs

Maraqlı

6 Avqust 2026, 11:50
UNESCO-dan məktəblərlə bağlı yeni təşəbbüs

UNESCO məktəblərdə davamlı inkişaf təhsilinin gücləndirilməsi istiqamətində yeni proqram mərhələsinə başlayıb.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, təşəbbüsün məqsədi şagirdlərdə ekoloji savadlılığın artırılması, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması və dayanıqlı inkişaf mövzularının tədrisdə daha geniş yer almasını təmin etməkdir.

Yeni mərhələ çərçivəsində UNESCO-ya üzv ölkələrdə məktəblər üçün tədris materiallarının hazırlanması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və davamlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Təşkilat hesab edir ki, davamlı inkişaf təhsili gələcək nəsillərin qlobal çağırışlara hazırlıqlı olmasında və ətraf mühitə məsuliyyətli yanaşmanın formalaşmasında mühüm rol oynayır.

Bakı Putini dəliyə döndərdi - Bayramov Ukraynada bu şəxslə görüşdü
Son xəbərlərDaha çox