Azedu.az

Nəzarətdən çıxan raket Aya çırpılıb

Maraqlı

6 Avqust 2026, 14:33
Nəzarətdən çıxan raket Aya çırpılıb

Təxminən bir ilə yaxındır ki, orbitdə nəzarətsiz hərəkət edən SpaceX Falcon 9 raketinin ikinci pilləsi Ayın səthinə çırpılıb.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, toqquşma birbaşa müşahidə olunmasa da, Çilidə yerləşən teleskop zərbədən sonra yaranan toz və dağıntı buludunu qeydə alıb.

SpaceX rəsmisi Julianna Şeyman bildirib ki, hadisə qəsdən baş verməyib. Onun sözlərinə görə, Günəş aktivliyi və cazibə qüvvəsinin təsiri nəticəsində raketin trayektoriyası dəyişərək Aya yönəlib.

Mütəxəssislər hadisənin kosmik tullantılarla bağlı narahatlıqları yenidən gündəmə gətirdiyini bildiriblər.

Qeyd edək ki, sözügedən raket hissəsi 2025-ci ilin yanvarında iki özəl Ay aparatının buraxılışında istifadə olunmuş, missiyadan sonra isə orbitdə nəzarətsiz qalmışdı.

Bakı Putini dəliyə döndərdi - Bayramov Ukraynada bu şəxslə görüşdü
Son xəbərlərDaha çox