Azedu.az

Sosial şəbəkədə yazdığı mesaj müəllimlik stajına son qoydu

Müəllimlər və elm adamları

2 Avqust 2026, 15:36
Sosial şəbəkədə yazdığı mesaj müəllimlik stajına son qoydu

ABŞ-nin İllinoys ştatında müəllimlik təcrübəsi keçən 22 yaşlı universitet tələbəsi dərsdə yaşadığı əsəbi anın ardından göndərdiyi mesaja görə saxlanılıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, dərs zamanı bir şagirdin onun hazırladığı dərs planını kompüterdən silməsinə əsəbiləşərək, dostlarının olduğu qapalı Snapchat qrupunda silah emojisi ilə birlikdə "Onu vurum?" məzmununda zarafat xarakterli mesaj paylaşıb.

Snapchat-ın avtomatik təhlükə aşkarlama sistemi mesajı mümkün silahlı təhdid kimi qiymətləndirərək məlumatı Federal Təhqiqat Bürosuna (FBI) ötürüb. FBI isə məlumatı yerli polisə yönləndirib və polis əməkdaşları təxminən bir saat ərzində məktəbə gələrək gənc qadını saxlayıblar. 

Araşdırma zamanı qadının real təhlükə yaratmadığı müəyyən edilsə də, ona qarşı ictimai asayişi pozmaq ittihamı irəli sürülüb. 

Hadisədən sonra müəllimlik stajına da xitam verilib.

Rusiyadan ŞOK TƏLƏB: Ukraynanı təslim olmağa çağırdı
Son xəbərlərDaha çox