Azedu.az

Günəşdə yeni iri hidrogen buludları müşahidə edilib

Maraqlı

28 İyul 2026, 16:22
Günəşdə yeni iri hidrogen buludları müşahidə edilib

Günəşin görünən tərəfində bir neçə iri protuberans əmələ gəlib.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu nəzdindəki Günəş Astronomiyası Laboratoriyası özünün "Telegram" kanalında paylaşıb.

"Ulduzun səthində bir neçə böyük ölçülü protuberans - tünd rəngli liflər izlənilir. Hər bir belə lif əslində soyuq hidrogen kütləsindən təşkil olunmuş sıx və nəhəng buluddur. Adətən, bütün böyük protuberansların aqibəti eyni ssenari üzrə yekunlaşır - onlar Günəşdən ayrılaraq yüksək sürətlə kosmik fəzaya atılır", - deyə məlumatda vurğulanıb.

Belə bir atılma anını əvvəlcədən proqnozlaşdırmaq olduqca çətindir. Alimlər qeyd ediblər ki, protuberansların davranışının proqnozlaşdırıla bilməməsinə baxmayaraq, hazırkı mövqelərinə əsasən onların trayektoriyası planetlərlə toqquşmanı praktiki olaraq istisna edir. Yəni buludlar Yerdən yan ötəcək.

Günəşdəki digər fəallıqlara gəlincə, hazırda izlənilən ləkə qrupları və aktiv zonalar nisbətən zəif təsir bağışlayır. Lakin onların da daxilində müəyyən qədər enerji ehtiyatı mövcuddur və bu potensial "M" sinfinə aid alışmalar yaratmaq gücündədir.

Bildirilir ki, növbəti həftə ərzində geomaqnit mühitinin sabit olacağı gözlənilir. Qarşıdan gələn günlər üçün verilən geomaqnit proqnozları "yaşıl" (təhlükəsiz) səviyyədədir.

Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?
Son xəbərlərDaha çox