2026/2027-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün bakalavrların ixtisaslaşma seçimi başa çatıb.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, magistraturaya ümumilikdə 15716 nəfər müraciət edib.
Qeyd edək ki, ixtisaslaşma seçimi edənlərin 14321 nəfəri Azərbaycan bölməsi, 1395 nəfəri isə rus bölməsi üzrə müraciət edib.
Qeyd edək ki, ixtisas seçimi 26 iyul 23:59-dək nəzərdə tutulmuşdu. Dövlət İmtahan Mərkəzinin (DİM) qərarı ilə bu gün saat 13:00-dək vaxt uzadıldı.
Xatırladaq ki, 26 iyula olan statistikaya əsasən 15 607 bakalavr ixtisas seçimində iştirak etmişdi.