Azedu.az

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Maraqlı

24 İyul 2026, 14:46
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

AzEdu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 25-26-da bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

TƏCİLİ! Rusiya raketlərlə VURULUR - Ö*lənlər var
Son xəbərlərDaha çox