Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-27 21:39:00
Bakıda Gənclərin Beynəlxalq Karyera Forumu keçirilir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Gənclərin Karyera İmkanları. Azərbaycan Modeli” layihəsi çərçivəsində Bakı Konqres Mərkəzində Beynəlxalq Gənclər Forumu öz işinə başladı. AzEdu.az xəbər verir ki, ABŞ, İtaliya, Finlandiya, Polşa, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandan olan gənc lider və ekspertlərin qatıldığı plenar açılışı salamlama çıxışı ilə ADTGT sədri Asif Əsgərli açıb. Layihə və beynəlxalq tədbirin məqsəd və fəaliyyəti haqqında danışan natiq  Forumun 5 gün ərzində karyera və məşğulluq sahəsində xarici və yerli gənclər üçün yaxşı bir informasiya-təcrübə mübadiləsi olacağını bildirib.

 

Sonra Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov, Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, prof. Mustafa Babanlı, “Gilan Agriculture” Qrupun HR direktoru Emil Hüseynov, Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Kənan Bağırov çıxış edərək Forumun işinə uğurlar arzulayıb və bu kmi beynəlxalq tədbirlərin gənclər üçün vacib əhəmiyyətini vurgulayıblar.

 

Foruma qatılan əcnəbi gənc liderlərdən Türkiyə təmsilçisi Erdem Guler, Rusiya nümayəndəsi Yekaterina Alekseyeva, Ukraynalı Nadia Qovorun, Moldovadan olan Nikolay Russu və Gürcüstan təmsilçisi Zurab Gventsadze toplantıya öz təbriklərini çatdıraraq, bu 5 gün ərzində azərbaycanlı həmkarları ilə maraqlı mövzularda müzakirə və fikir mübadiləsi aparacaqlarından qurur duyduqlarını qeyd edərək, ADTGT-yə onları dəvət etdiklərinə görə təşəkkürlərini bildiriblər.

 

Nahar fasiləsindən sonra Forum öz işini panel müzakirələri ilə davam etdirdi. Hökumət strukturu məsulları, Dövlət Məşğulluq Xidməti əməkdaşları və özəl sektor təmsilçilərinin də qatıldığı  “Gənclərin karyera və məşğulluğu sahəsində qlobal trendlər”, “Azərbaycan gənclərinin karyera və məşğulluq modeli: problemlər və nailiyyətlər” adlı panellərdə həm əcnəbi həm də yerli gənclərin maraqlı müzakirələri oldu, mövzularla bağlı təqdimatlar keçirilib və qiymətləndirmə aparılıb.

 

Növbəti panel müzakirələri və işçi çalışmaları Foruma dəstək verən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirildi. ASOİ Universitetinin tarixi, keçdiyi yolla tanış olan Forum iştirkçıları gənclərin karyera inkişafına böyük dəstək verən bu ali təhsil müəsissəsində tədbirlərin davam etdirilməsini yüksək qiymətləndirbilər.

 

Sabah da davam edəcək Beynəlxalq Gənclər Forumu sonda Bakı Bəyannaməsinin qəbulu və gənclərin karyera və məşğulluğu istiqamətində regional əməkdaşlıq şəbəkəsinin qurulması ilə başa çatacaqdır.