Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-24 16:40:29
Təhsil proqramları sadələşdirilir – Nazirlik hərəkətə keçdi

“Təhsil proqramlarının sadələşdirilməsi məsələsi aktualdır. Bu istiqamətdə hazırda Təhsil Nazirliyi tərəfindən iş aparılır. Bildiyimə görə, ilkin mərhələ artıq başa çatmaq üzrədir”.

AzEdu.az xəbər verir ki, bunu parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Deputatın sözlərinə görə, müstəqilliyin əldə edildiyi illərdə bu sahədə müəyyən nöqsanlara yol verilib.

“Bu gün dərsliklərdəki mürəkkəb texnologiya, şagirdlərin dünyagörüşünə uyğun gəlməyən formullar sadələşdirilməlidir. Bunu valideynlər də belə istəyir. Təhsil Nazirliyi də bu istiqamətdə iş aparır. Bildiyimə görə, ilkin mərhələdə bu proses başa çatmaq üzrədir. Biz bu məsələni Təhsil Nazirliyi ilə birgə parlamentdə müzakirə etmək istəyirik. Çünki biz ancaq bu istiqamətdə nazirliyin işinə töhfə verə bilərik”.