Mayın 31-də keçirilmiş Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final turunun nəticələri elan edilib.
Bu barədə AzEdu.az-a ARTİ-dən məlumat verilib.
Qeyd olunub ki, şagirdlər portal.edu.az platformasındakı şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Final turunun nəticələri ilə bağlı müraciətlər 10 iyun saat 12:00-dək qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.