Azedu.az

"Örnək müəllim" ustad dərs keçib

Maraqlı

5 İyun 2026, 09:44
"Örnək müəllim" ustad dərs keçib

Mingəçevirdə təhsildə monotonluqdan uzaq, tamamilə fərqli, dinamik və rəqəmsal ruhlu bir təlim baş tutub.

AzEdu.az xəbər verir ki, Mingəçevir şəhəri S.Vurğun adına 16 saylı Texniki və Təbiət fənləri təmayüllü liseyinin ingilis dili müəllimi, "Örnək müəllim" Dürdanə Kərimovanın təqdimatında ustad dərsi (masterclass) keçirilib. Təlim iştirakçılara dil öyrənməyin və öyrətməyin ən müasir tərəflərini kəşf etdirib.

Bu ustad dərsi sadəcə mühazirədən ibarət olmayaraq, iştirakçıları ilk dəqiqələrdən prosesin mərkəzinə çəkib. Təlim çərçivəsində ingilis dilinin tədrisində müasir rəqəmsal alətlərin, süni intellekt (AI) texnologiyalarının tətbiqi və dərslərin fərdi ehtiyaclara uyğun differensiasiya edilməsi yolları nümayiş olunub.

Ustad dərsinin gedişatında təhsildə oyunlaşdırma metoduna xüsusi yer ayrılaraq "Kahoot", "Wordwall" kimi platformalar və interaktiv "Spin Game" oyunları vasitəsilə dil bacarıqlarının yarış formatında daha sürətli mənimsənilməsi yolları göstərilib, həmçinin "Canva" proqramı ilə vizual materialların anında hazırlanması prosesi diqqətə çatdırılıb.

Təlimçi Dürdanə Kərimova çıxışında dərslərdə tələbəyönümlü yanaşmanın, şagirdlərin fənni sevməsinin, motivasiyanın artırılmasının və dərslərin tamamilə interaktiv qurulması strategiyalarının böyük önəm daşıdığını vurğulayıb. Həm öyrədici, həm də əyləncəli keçən ustad dərsinin sonunda geniş sual-cavab sessiyası təşkil edilib. İştirakçılar bu metodların ingilis dili dərslərini daha sevilən və effektiv etdiyini bildirərək, qazandıqları təcrübəni öz dərslərində dərhal tətbiq edəcəklərini qeyd ediblər və sonda bu növ innovativ ustad dərslərinin mütəmadi təşkilinin vacibliyini dilə gətiriblər.

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər vuruldu - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox