Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 17:56:00
“Dinləmə mətnləri B1 və B2 səviyyələrində olacaq” – DİM rəsmisi ilə MÜSAHİBƏ - ANONS

“Hər il olduğu kimi ötən tədris ilində də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi zamanı  bütün fənnlər üzrə limitlər təyin olunmuşdu. Tələblərə əsasən, bakalavrlar məntiq fənnindən təqdim olunan suallardan ən 15-nə, informatika və xarici dil fənnindən isə ən az 5-nə düzgün cavab verməlidirlər. Keçən il ümumi balı digər fənlər hesabına ödəyib, hansısa fəndən limiti keçməyənlərdən bal limitini götürdük. Bu il üçün isə tələblərimiz olduğu kimi qalır. Ümumi qəbul nəticələrinə əsasən, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası bunu nəzərə ala bilər”.

Bunu AzEdu.az-a müsahibəsi zamanı Dövlət İmtahan Mərkəzi Magistratura sektorunun müdiri Məhəbbət Əkbərli deyib.

AzEdu.az müsahibədə toxunulan, bakalavrları ən çox maraqlandıran detalları diqqətə çatdırır:

“Magistraturaya qəbul proqramında xarici dil fənnindən dinləmə mətnlərinin mövzusu müxtəlif olacaq. Bakalavrlara mətnlər həm monoloq, həm də dialoq şəklində təqdim oluna bilər. Pre-intermediate və intermediate səviyyələrini əhatə edəcək audio-mətnlər, təxminən, 150-200 sözdən ibarət olacaq. İmtahan iştirakçılarına dinləmə mətnlərinə 2 dəfə qulaq asmaq imkanı yaradılacaq. İmtahanın başlanğıcında 1 dəqiqəlik dinlənilən mətn, təxminən 2 dəqiqəlik fasilədən sonra yenidən səsləndiriləcək”.

Qeyd edək ki, Məhəbbət Əkbərli ilə geniş müsahibə sabah AzEdu.az-da yayımlanacaq.