“Biz sabahın müəllimlərini yetişdiririk”.
AzEdu.az xəbər verir ki, bu sözləri “Ana dili: kimlik və gələcək” adlı gənclərin iştirakı ilə keçirilən respublika konfransında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov çıxışı zamanı deyib.
O bildirib ki, pedaqoji universitetin üzərinə xüsusi bir missiya düşür:
“Biz bu gün pedaqoji universitet olaraq gələcək nəslin müəllimlərini, sabahı formalaşdıran nəsli yetişdiririk. Bu, bizim üzərimizə böyük məsuliyyət qoyur.
Ana dilini dərindən bilən və onu sevən vətəndaş, əslində, öz vətənini qoruyan insandır. Çünki dilini bilən xalq yaşayır, dilini itirən xalq isə mənəvi dayaqlarını itirmiş sayılır.
Bu gün dilimizin qarşısında duran vəzifələr hər birimizdən, o cümlədən, alimlərdən, müəllimlərdən və gənc tədqiqatçılardan ortaq məsuliyyət tələb edir".