Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
AzEdu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Yerli vaxtla saat 07:52-də qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub. Yeraltı təkanların ocağı 28 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.