https://www.zirve.edu.az/
21.01.2019 15:03
Səfəvi  bayrağı  Azərbaycan tarixi dərsliyində səhv göstərilib? – Tarixçidən izah – FOTO  

Sosial şəbəkələrdə V sinif Azərbaycan tarixi dərsliyində Səfəvi bayrağının yanlış təsvir olunması ilə bağlı iradlar dolaşır.

Deyilənə görə, dərsliyin 83-cü səhifəsində bayraq  yaşıl rəng üzərində aypara kimi əks olunub. Əslində isə həmin bayrağın üzərində günəş və qoyun rəsmləri olmalı idi.

AzEdu.az məsələni aydınlaşdırmaq üçün Dövlət İmtahan Mərkəzinin Tarix üzrə seminar sədri Kərəm Məmmədli ilə saxlayıb. Tarixçi bildirib ki, dərslikdə təsvir olunan bayraq  heç də yanlış deyil. Yaşıl rəngli, üzərində aypara olan bayraq elə Səfəvilərə məxsus olub:

“Üzərində Günəş və qoyun təsviri olan bayraq isə Səfəvilərin Təhmasib dövrünə aiddir. Şah İsmayıl Xətainin dövründəisə yaşıl üzərində aypara təsviri şəklində olub. Hətta sonra bayrağı dəyişib üçrəngli də ediblər. Müxtəlif  dövrlərdə bu bayraq dəyişib. Dərslikdə təsvir olunan düzgün məlumatdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları