Azedu.az

Yeniyetmələr arasında dava: 1 nəfər bıçaqlanıb - YENİLƏNİB

Hadisə

9 May 2026, 16:24
Yeniyetmələr arasında dava: 1 nəfər bıçaqlanıb - YENİLƏNİB

Dünən saat 20:00 radələrində 1985-ci il təvəllüdlü şəxs (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

AzEdu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona dəqiqləşdirilməmiş çoxsaylı açıq yaralar diaqnozu təyin edilib: "Pasiyent cərrahi əməliyyata alınıb, hazırda vəziyyəti stabil qiymətləndirilir".

11:45

Cəlilabad rayonunda yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yeniyetmələr arasında yaranan mübahisədən sonra onların valideynləri, Nicat Cəbiyev və İlqar Quliyev məsələyə aydınlıq gətirmək üçün görüşüblər. Mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə bıçaq xəsarətləri yetirib.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı N.Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

(APA)

Ukrayna Rusiyaya qarşı görünməmiş əməliyyata başladı - ŞOK DETALLAR
Son xəbərlərDaha çox