Azedu.az

Məktəbdə bıçaqlı şəxs 5 nəfəri ağır yaralayıb

Hadisə

1 May 2026, 10:57
Məktəbdə bıçaqlı şəxs 5 nəfəri ağır yaralayıb

ABŞ-nin Vaşinqton ştatında naməlum şəxsin məktəbdə həyata keçirdiyi bıçaqlı hücum nəticəsində azı beş nəfər xəsarət alıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə Takoma şəhərində yuxarı sinif şagirdlərinin təhsil aldığı məktəbdə baş verib. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib, dörd nəfərin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Hücumda şübhəli bilinən şəxs saxlanılıb. Onun şəxsiyyəti və hadisənin motivləri hələlik açıqlanmır.

"NBC News" xəbər yayıb ki, xəsarət alanların dördü şagird, biri təhsil müəssisəsinin mühafizəçisidir.

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox