Azedu.az

Mumiyalamada ilk dəfə ədəbi əsərdən istifadə edilib

Maraqlı

1 May 2026, 11:43
Mumiyalamada ilk dəfə ədəbi əsərdən istifadə edilib

Barselona Universitetinin mütəxəssisləri Misirdə aparılan arxeoloji tədqiqatlar zamanı mumiyalama tarixində ilk dəfə dini mətn əvəzinə ədəbi bir əsərin istifadə edildiyini müəyyən ediblər.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, Qahirənin təxminən 200 kilometr cənubunda yerləşən Roma dövrünə aid bir məzarda tapılan mumiyanın içində Homerin məşhur əsəri İliadadan “Gəmi Kataloqu” bölməsinə aid parçalar aşkar edilib.

Tədqiqatçılar bu ədəbi mətnin mumiyalama prosesində hansı məqsədlə istifadə olunduğunu hələ də dəqiq müəyyən edə bilməyiblər.

Alimlər bunun ya qoruyucu ritualın bir hissəsi, ya da mumiyalanmanı həyata keçirən şəxsin xüsusi “imzası” ola biləcəyini ehtimal edirlər.

Eyni qazıntı sahəsində ağızlarında qızıl və mis parçaları olan mumiyalar da aşkar edilib. Bundan əlavə, insan sümükləri, körpə sümükləri və bir pişik kəlləsi də tapıntılar arasında yer alıb.

 

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox