Azedu.az

İki gənc dəm qazından zəhərlənib

Hadisə

29 Aprel 2026, 11:47
İki gənc dəm qazından zəhərlənib

Bakıda dəm qazından zəhərlənən gənc ölüb.

AzEdu.az xəbər verir ki, hadisə Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində baş verib.

Aprelin 28-i saat 21 radələrində Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.Babayeva (soyadlar şərtidir) hamam otağında olarkən dəm qazından zəhərlənib.

19 yaşlı oğlan hadisə yerində ölüb. T.Babayeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırmalar aparılır.

Putindən Köçəryanın komandasına TAM DƏSTƏK - "Baş əyirəm" dedi!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox