https://www.zirve.edu.az/
17.01.2019 23:11
Tədqiqatçılardan orqanik elektronika ilə bağlı yenilik

İsveçin Çalmers Texniki Universitetinin tədqiqatçıları orqanik elektronikanın səmərəliliyini artıran köklənməni işləyib hazırlayıblar. AzEdu.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Çalmers Texniki Universitetinin yaydığı xüsusi məlumatda bildirilir.

Məlumatda bildirilir ki, plastik və bioelektronika əsasında OLED-displeylər, günəş elementləri yalnız texnologiya sahələrindən bəziləridir ki, onların yeni ixtiradan fayda götürərək, “ikiqat aşqarlanmış” polimerlərə aidiyyəti var.

 

Bizim məişət elektronikamızın böyük hissəsi qeyri-orqanik yarımkeçiricilər üzərində yaradılıb. Onların funksiyasında həlledici məqam “aşqarlama” adlanır. Buraya yarımkeçiricilərin elektrikötürmə qabiliyyətinin artırılması üçün qarışığın əlavə edilməsi daxildir. Məhz bu, günəş elementlərində və işıq diodlu ekranlarda müxtəlif komponentlərin işləməsinə imkan verir. Orqanik, yəni karbon əsasında olan yarımkeçiricilərdə bu aşqarlama prosesi də çox mühümdür. 2000-ci ildə Nobel mükafatına layiq görülmüş elektrikötürücü plastik və polimerlərin ixtirası dövründən sonra orqanik elektronika sahəsində tədqiqatlar və istehsalat sürətlənib. Bu gün OLED-displeylər artıq bazarlarda, məsələn, son nəsil smartfonlarında təqdim olunur. Digər tətbiqlər hələ tam icra edilməyib. Bunun qismən səbəbi ondadır ki, orqanik yarımkeçiricilər hələ də lazımi qədər səmərəli deyil. Orqanik yarımkeçiricilərdə aşqarlama bərpaedici oksidləşmə adlanan reaksiya vasitəsilə baş verir.

 

Çalmers Universitetinin professoru Kristian Müller və onun digər yeddi universitetdən olan həmkarlarından ibarət qrupu “Nature Materials” elmi jurnalındakı məqalədə nümayiş etdirirlər ki, aşqarlanmış hər bir molekula iki elektron yerləşdirmək mümkündür. “İkiqat aşqarlama” adlanan yarımkeçirici bu proses sayəsində ikiqat səmərəli ola bilər”, - deyə qrupdakı aspirant və məqalənin ilk müəllifi Devid Kifer bildirib.

 

Yeni ixtira bazara çıxmaq üçün bu gün lazımi qədər rəqabətqabiliyyətli olmayan texnologiyanın bundan sonra təkmilləşdirilməsində yeni imkanlar aça bilər. Kristian Müllerin tədqiqat qrupu özü bir neçə müxtəlif tətbiqi sahələri tədqiq edir ki, bunların da mərkəzində polimer texnologiyalar durur. Bütün bunlarla yanaşı, onun qrupu elektrikötürücü toxumaların və orqanik günəş elementlərinin işlənib hazırlanması ilə məşğul olur.

 

Onu da qeyd edək ki, tədqiqatların nəticələri “Nature Materials” jurnalında dərc olunub.