Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 11:43:44
Almaniyada magistratura oxumağın inanılmaz üstünlükləri - Şərt və tələblər  

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə gənclər xaricdə oxumağı qarşılarına hədəf qoyurlar.

AzEdu.azbu dəfə Almaniyada  magistr pilləsində  təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir:

Almaniya hər il təxminən,  350.000 əcnəbi tələbəyə təhsil imkanı yaradır.  Burada universitetlərin təhsil haqqı digər Avropa ölkələrinə müqayisədə ucuzdur. Almaniyada verilən diplomlar Amerika, İngiltərə, Avstraliya, Kanada və digər AB ölkələrində keçərlidir.

Almaniyada  birtələbənin aylıq yaşayış və yemək xərcləri 650-750 avroya  bərabərdir. Bundan əlavə, Almaniyada tələbələrə verilən 180 günlük (yarım stat) iş icazəsi iləonlar təhsil və yaşayış xərclərini daha da azalda bilər. Tələbələr universitetin eləcə də  xüsusi yataqxanalarda qala bilərlər.

Almaniyada magistratura oxumağın ən üstün cəhəti odur ki, tələbələrburada təhsil almaqla bütün dünyada tanınan diplom əldə edirlər. Eyni zamanda,  onlar  nüfuzlu universitetlərində təhsil almaqla bir çox iş imkanlarına sahib olurlar.

Almaniyada 400-dən artıq universitet bir-birindən fərqli yüzlərlə magistr pilləsi üçün üst  proqramlar  təklif edir.Bu universitetlərin bir çoxları dünya reytinqlərində ilk sıralarda yer alır.

Almaniyanın bəzi universitetlərində işləyən müəllimlər öz sahələri üzrə qazandıqları nailiyyətlərinə görə yüzlərlə Nobel mükafatı alıblar.

Hazırda Avropanın ən güclü ölkəsi olan, Avropanın mərkəzində yerləşən Almaniya yaşayış üçün də öz sakinlərinə əvəzsiz üstünlüklər yaradır.

Magistratura oxumaq üçün lazım olan şərt və tələblər:

Almaniyada magistratura oxumağın əsas şərti arzu olunan master proqramına uyğun bakalavr məzunu olmaqdır. Burada həm ingilis, həm də alman dillərində müxtəlif magistratura proqramları mövcuddur. Bəzi hallarda isə bu dillərin hər ikisi tələb olunur.

İngilis dili  bacarıqlarını  sübut edən sertifikatlardan əsasən TOEFL və İELTS  qəbul edilir. Əgər bakalavr tam olaraq ingilis dilində keçilibsə, bu halda sübut üçün sertifikat tələb etmir.

Alman dili üçün isə TestDaF, DSH, Goethe institut diplom və sertifikatlarından hər hansı biri lazımdır. Dil səviyyəsi isə proqramdan və universitetdən asılı olaraq dəyişir. Bir sıra hallarda, əsasən texniki fənlər haqqında olan master proqramları üçün GMAT, GRE kimi sertifikatlar da tələb olunur.

Alman uiversitetlərindəmagistr proqramları 2 il davam edir. Amma 1 və ya 1.5 illik proqramlar da mövcuddur.

Qeyd edək ki, magistraturaya qəbul zamanı bakalavriat qiymətləri və arzu olunan sahə üzrə iş təcrübəsi tələb olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları