Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 22:46:00
VIII sinifin “Kimya” dərsliyi müzakirə edildi

Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə elmi-metodik seminar və hazırlıq kursunun ilk dərsi keçirilib. DİM-dən AzEdu.az-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələri müəllimlərinin, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssislərinin iştirak etdikləri seminarda 8-ci sinif “Kimya” dərsliyinin və yeni üç tapşırıqlı situasiyanın tərtibinə verilən tələblər müzakirə olunub. Kimya üzrə fəlsəfə doktoru Vəli Əliyev üç tapşırıqlı situasiyanın tərtibinə verilən tələblərə dair, AMEA-nın əməkdaşı Elşad Abdullayev isə dərsliyin məzmunu ilə bağlı təqdimatla çıxış ediblər.

Seminar iştirakçıları gündəlik məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

Növbəti seminarda müzakirələr davam etdiriləcək.

Hazırlıq kursunda isə ilk dərs fənn kurikulumunun mahiyyəti və strukturuna həsr edilib. Kursun moderatoru Səidə Hüseynova mövzu çərçivəsində təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.