https://www.zirve.edu.az/
15.01.2019 15:46
DİM qəbul imtahanlarındakı 6 milyon sualı necə yoxlayacaq? - Obyektivlik necə qorunacaq?  

AzEdu.az-ın hər həftə təşkil olunan  “Edubrifinq”indəlayihəsində bu dəfə qonaq qismində Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə iştirak edib.

O, brifinq çərçivəsində buraxılış və qəbul imtahanlarında milyonlarla sualın yoxlama prosesinə aydınlıq gətirib:

“2013-cü ildən bunla bağlı işlərə başlanılıb. Monitorinq imtahanlarında yeni qəbul modelində salınacaq tapşırıqlardan istifadə olunub. Elə o vaxtdan etibarən marker bazası formalaşmağa başladı. Ötən illər ərzində də müəllimlərin sıraları genişləndirmişik. Marker kursları elan etmişik ki, həmin müəllimlər tapşırıqların yazılmasında, yoxlanılmasında iştirak etsinlər. 2 ildir, keçirilən buraxılış imahanlarında milyonlarla tapşırığı yoxlamışıq. İşin həcmini bilirik”

Xanlar Xanlarzadə imtahanların ikinci mərhələsinə qədər birinci mərhələnin yoxlanılacağını bildirib:

“Qəbul imtahanında yazı tələb edən tapşırıqların sayı o qədər də çox deyil. Suallarımarkerlərimiz sürətlə yoxlayacaqlar.

Yoxlanılma prosesində xüsusi mexanizm tətbiq olunub. Müəllimlərin yoxlama zalı həm Bakıda, həm də rayonlarda var.

Məsələn,  I  gün hamı Riyaziyyat fənni üzrə açıq tipli tapşırığın 1-ci sualını yoxlayacaq. Bakıda, Gəncədə, müxtəlif rayonlarda müxtəlif şagirdlərin eyni sualları yoxlanılacaq.

Onların kompüterlərinin monitorlarında qiymətləndirmə meyarları yerləşdirilir.Yoxlama həmin meyarlara əsasən aparılır. Müəllim özündən qiymət yazmır. Meyarları əzbərləyən müəllim sürətli şəkildə prosesi həyata keçirə bilir.Bu metod yoxlama prosesini sürətlə aparmağa imkan verəcək”

Sektor müdiri obyektivliyin qorunması üçün atılacaq addımlar barədə məlumat verib:

Obyektivliyin qorunması üçün cavab vərəqindən şagirdin şəxsi məlumatları xüsusi proqram vasitəsilə kəsilərək götürülür. Sual 2 müxtəlif müəllimə göndərilir. Eyni şagirdin eyni sualını bir müəllim Bakıda, digəri Naxçıvanda yoxlaya bilər.Eyni şagirdin tapşırıqları bir müəllim tərəfindən yoxlanılmır. Belə olsa, müəllim fikirləşə bilər ki, şagird 5-6 suala yaxşı cavab yazıb, onda bu suala da yaxşı qiymət yazım.

Ümumilikdə, təqribən 6 milyon tapşırıq edir.Bu, bizim vəzifəmizdir və çalışacağıq ki, komanda olaraq bu işi yekunlaşdıraq və abituriyentləri intizarda saxlayamaq”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları