Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 13:45:00
Yaponiyada təqaüdlə oxumaq istəyən gənc müəllimlərin diqqətinə -  Lazımi  şərt və tələblər  

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən "Gənc müəllimlər üçün təlim təqaüd proqramı” (Kyokensei) elan olunub.

AzEdu.az təqaüd proqramına aid zəruri məlumatları təqdim edir:

"Gənc müəllimlər üçün təlim təqaüd proqramı”nda  (Kyokensei) ingilis və ya yapon dillərini yaxşı bilən, ümumtəhsil məktəbində ən azı 5 il çalışan 35 yaşa qədər gənc müəllimlər iştirak edə bilər.

Bu proqram məktəblərdə tədris sistemi üzrə tədqiqat aparmaq istəyən gənc müəllimlər üçün Yaponiyanın müxtəlif universitetlərində 1-1.5 illik təqaüdlə təhsil almaq imkanı verir. Təlim kursu ümumilikdə 1 il davam edir, kursa başlamadan öncə  yapon dili kurslarını təklif edən universitetlər də var.Həmin kurslarda iştirak edən müəllimlərin təqaüd müddəti 1.5 il davam edir. Aylıq təqaüd, ikitərəfli aviabilet, təhsil haqqı xərcləri Yaponiya hökuməti tərəfindən qarşılanacaq.

Müraciət üçün lazım olan şərt və tələblər:

Yalnız Azərbaycan vətəndaşı olan şəxslər iştirak edə bilər;

2 aprel 1984-cü il tarixindən sonra anadan olan müəllimlər;

Universitet və yaxud müəllimlər üçün nəzərdə tutulan təlim məktəbini bitirib, 2019-cu il 1 oktyabr tarixinə qədər yaşadığı ölkənin ibtidai, orta təhsil müəssisələrində 5 ildən artıq tədris təcrübəsinə sahib olmalıdır;

Qeyd: Hazırda universitet müəllimi kimi fəaliyyət göstərən şəxslərin müraciəti mümkün deyil.

Yapon dilini öyrənməyə həvəsli olan müəllimlər;

 Fiziki və əqli cəhətdən tam sağlam şəxslər iştirak edə  bilərlər.

Müraciətçilər proqramda iştirak edib geri döndükdən sonra, yenidən müəllimlik fəaliyyətinə davam edərək ibtidai /orta məktəblərdə və ya müəllimlər üçün təlim məktəblərində dərs deməyi öhdələrinə götürürlər. Proqram bitdikdən sonra Azərbaycana qayıda bilməyən və ya yenidən müəllimlik fəaliyyətinə geri dönməyən şəxslərdən Yaponiya Hökuməti tərəfindən təqdim olunan təqaüdün geri qaytarılması tələb oluna bilər.

Təqaüd proqramının müddəti:

2019-cu ilin oktyabr (və yaxud təlim kursu başladığı müddətdən) 2021-ci ilin mart ayına kimi, hər universitetin təlim kursuna uyğun tələb olunan müddətdir. Qeyd edək ki, təqaüd müddətinin uzadılması mümkün deyil.

Tələb olunan sənədlər

1.Müraciət forması (1 nüsxə əsli və surəti) (mütləq şəkildə 7 səhifənin hər birinin doldurulmasına diqqət yetirin);

*Fotoşəkil – “Müraciət formasına yapışdırmaq üçün lazımdır. Şərtlər: son 6 ay ərzində çəkilən fotoşəkil; ölçü: 4.5×3.5 sm; şəklin arxasında mütləq şəkildə ad, soyad və milliyətiniziyazmalısınız.

2.Universitet seçiminə dair müraciət forması (yalnız 1 nüsxə əsli);

3.Bitirdiyiniz ali tədris müəssisəsindən aldığınız diplom (əgər diplomunuz ingilis və ya yapon dilində deyilsə, mütləq ingilis və ya yapon dilinə tərcümə olunan və notariusda təsdiq olunan versiyasını təqdim edin) – 1 nüsxə əsli və  surəti;

  1. Qiymət vərəqəsi və ya Diploma əlavə (əgər diplomunuz ingilis və ya yapon dilində deyilsə, mütləq ingilis və ya yapon dilinə tərcümə olunan və notariusda təsdiq olunan versiyasını təqdim edin) (1 nüsxə əsli və surəti);

5.İş yerindən arayış (1 nüsxə əsli və  surəti);

Qeyd: Arayışda sizin ən azı 5 il məktəbdə çalışdığınız aşkar şəkildə qeyd olunmalıdır. Arayışda işə qəbul olduğunuz dəqiq tarix və digər lazımlı məlumatlar olmalıdır.

6.İş yerindən tövsiyə məktubu

Qeyd edək ki,ətraflı məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət və Məlumat Şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrəsi: +994 12 490 7818/19

FAX: +994 12 490 7817/20

Email ünvanı: [email protected]

Günel Yaşarqızı
Müəllifin digər yazıları