https://www.zirve.edu.az/
14.01.2019 12:13
Nişanlısını qucaqladığına görə universitetdən qovuldu - VİDEO

Misirin paytaxtı Qahirədə Əl-Əzhar Universitetinin tələbəsi ali təhsil ocağının ərazisində kişi ilə qucaqlaşdığına görə universitetdən xaric edilib.

AzEdu.az xəbər verir ki, bu barədə “Ahram Online” məlumat yayıb.

Yanvar ayının əvvəlində qızın universitet ərazisində nişanlısını qucaqladığını əks etdirən videogörüntünün sosial şəbəkələrdə yayılmasından sonra ali təhsil ocağının rəhbərliyi onu cəzalandırmaq qərarına gəlib. 

Videoda kişinin qıza sürpriz etdiyini: ona bir dəstə gül verdiyini və qarşısında diz çökərək evlənməyi təklif etdiyini görmək olur. Sonra həmin şəxs qızı qucaqlayır.  

Əl-Əzhar Universitetinin nümayəndəsi Əhməd Zariyənin sözlərinə görə, tələbənin xaric edilməsi ilə bağlı qərar tam əsaslıdır, belə ki, qız bu hərəkəti ilə universitetin intizam qaydasını pozub.  

Tələbə artıq Ali İntizam Komissiyasına apellyasiya şikayəti edib. Onun cəzasının yumşaldılacağı istisna edilmir. (Oxu.az)