Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-12 10:23:00
Heyrətamiz heykəl və divar rəsmləri hazırlayan bukinist – “Köhnə kitablara yeni həyat verirəm”

Amerikalı sənətkar Mike Stilkey insanların oxumadığı və ya zibilliyə atdığı ikinci əl kitabları toplayaraq onlardan möhtəşəm rəsm və heykəllər hazırlayır.

Stileyin əl işləri fərqli mövzulara həsr olunsa da, adətən oxşar rəsmləri işləyir. Yaratdığı obrazlar isə nağıl, film, roman  qəhramları, əsərlərdəki melanxolik və ya qəribə xarakterlər olur.

O, rəsmləri hazırlayarkən eyni ləvazimatlardan istifadə edir: mürəkkəb, rəngli boyalar, fırça, kitab və s.  

Stiley mediaya açıqlamalarından birində bildirib ki, bu işdə ona kömək edən xeyli kiçik kitabxanalar var və artıq hər kəs kitabları korlamayacağını, əksinə, onlara yeni həyat verəcəyini anlayıb.

AzEdu.az xarici mediaya istinadən onun kitablardan hazırladığı əl işlərini təqdim edir:

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları